Noyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəli ilə müqayisədə 0,7 faiz azalaraq 43 milyard ABŞ dollarına bərabər olub.
Bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində deyilir.
Qeyd edək ki, bu il sentyabrın 30-na ARDNF-in aktivləri 43 milyard 288,6 milyon dollar olmuşdu.