DÖVLƏT MİQRASİYA XİDMƏTİ YANINDA MİQRANT ŞURASI YARADILIB

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurası yaradılıb.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, məqsədimiz ölkəmizdə yaşayan əcnəbilərin inteqrasiyasına yönəlik təşəbbüslər yaratmaqdır. Eyni zamanda, gələcəkdə inteqrasiya mərkəzlərinin yaradılması istiqamətində müzakirələr aparılır.