DÖVLƏT İNFORMASİYA EHTİYATLARININ VƏ ELEKTRON XİDMƏTLƏRİN VAHİD REYESTRİNİN APARILMASI QAYDALARI HAZIRLANACAQ

Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti beş ay müddətində dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.