
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.
Sərəncamla “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:
– “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;” sözləri çıxarılsın;
– “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;” sözlərindən sonra “Naxçıvan Baş Gömrük İdarəsinin rəisi;” sözləri əlavə edilsin.
