DÖVLƏT DİL KOMİSSİYASI YANINDA MONİTORİNQ MƏRKƏZİNİN İŞÇİLƏRİNİN ƏMƏKHAQLARI ARTIRILIB

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin aylıq əməyin ödənişi fondunun məbləği 10080 manatdan 31 466 manata qaldırılıb.

Sıra№-siVəzifələrin adıƏməkhaqlarının məbləği
aylıq vəzifə maaşı(manatla)mükafat (manatla)
1.Direktor2100İl ərzində 2 (iki) aylıq vəzifə maaşı həcmində
2.Direktor müavini1850
3.Şöbə müdiri1500
4.Baş mütəxəssis, baş mühasib1300
5.Aparıcı mütəxəssis1150
6.Mütəxəssis1000

Bu qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.