DÖVLƏT DEPARTAMENTİ: ABŞ CƏNUBİ QAFQAZDA GƏRGİNLİYİN AZALDILMASI ÜÇÜN MÜMKÜN HƏR ŞEYİ EDƏCƏK

ABŞ Cənubi Qafqazda gərginliyin azaldılması üçün mümkün hər şeyi edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə deyib.

“Həm Ermənistana, həm Azərbaycana, eləcə də bütünlükdə regiona mesajımız vəziyyəti hərtərəfli və davamlı sülh yoluna qaytarmaq üçün gərginliyin azaldılması metodunu tapmağın vacibliyindən ibarətdir”, – o deyib.

N.Prays həmçinin, ABŞ-ın sülh danışıqlarında iştirak etdiyini və birbaşa tərəflərlə görüşməklə, habelə çoxtərəfli görüşlər vasitəsilə regionda vəziyyətin yumşaldılması üçün mümkün bütün səyləri göstərməyə davam edəcəyini bildirib.

“Digər ölkələrin də bu yanaşmada maraqlı olacaqlarına ümid edirik”, – mətbuat katibi əlavə edib.