DÖVLƏT BORCUNUN ÜMUMİ DAXİLİ MƏHSULA NİSBƏT GÖSTƏRİCİSİNİN ORTAMÜDDƏTLİ DÖVR ÜZRƏ HƏDƏFLƏNƏN YUXARI HƏDDİ DƏYİŞDİRİLİB – FƏRMAN  

Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi dəyişdirildi.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20,0 faizdən 30 faizə artırılıb.