Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (RIM) Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi “Korporativ Mükəmməllik” müsabiqəsində “Sosial müdafiə sahəsində texnologiyaların inteqrasiyası üzrə ən qabaqcıl qurum, 2024” adına layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müsabiqədə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Kanada, Polşa, Almaniya, Tailand və digər ölkələrin müvafiq təşkilatları da iştirak edib.
Təşkilatın rəsmi saytında DOST RİM haqqında məqalə də dərc olunub.