İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Müşahidə Şurasının tərkibi genişləndirilib.
Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli 1245 nömrəli Fərmanında edilən dəyişikliklə bağlı Fərmanda əksini tapıb.
Dəyişikliyə əsasən, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Müşahidə Şurasının üzvlərinin sayı 3-dən 5-ə qaldırılıb.