
ABŞ-ın keçmiş prezidenti Donald Trampın işi üzrə növbəti ilkin məhkəmə iclası 2023-cü il dekabrın 4-nə təyin edilib.
Bu barədə “CNN” telekanalı xəbər verib.
D.Tramp məhkəmə iclasına şəxsən özü gəlməli olacaq. Bu, tərəflərin vəsatət qaldıra biləcəyi bir sıra prosessual iclaslarında ilk olacaq.
Həmçinin belə iclaslarda həbs-qətimkan tədbiri məsələsinə baxılır. Hələlik D.Trampa qarşı heç bir qətimkan tədbir tətbiq edilməyib.
