DOKTORANT OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN SƏNƏD QƏBULU BAŞLADI

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.

19 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.

Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.

Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.