“DOĞU AKDENİZ – 2025” TƏLİMİ KEÇİRİLİB

Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz – 2025” (Şərqi Aralıq dənizi – 2025) dəvət təlimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-ın terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.

Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.

4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib (FOTO)

4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib (FOTO)

4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib (FOTO)