DMİTRİ PESKOV RUSİYANIN UKRAYNADA HƏRBİ ƏMƏLİYYATININ MƏQSƏDİNİ AÇIQLADI

Rusiyanın Ukraynada hərbi əməliyyatının məqsədi Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Ukraynadakı əməliyyatlara “işğal” adı vermək doğru deyil, işğal barədə heç bir söhbət getmir.

“Rusiyanın hərbi əməliyyatının məqsədi Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır. Müddəti isə prezident müəyyən edəcək”.