DMİTRİ PESKOV QARABAĞ ÜZRƏ ÜÇTƏRƏFLİ BƏYANATLARIN İCRASININ VACİBLİYİNİ BƏYAN EDİB

Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə üçtərəfli bəyanatlar vəziyyətin tənzimlənməsi üçün yeganə real bazadır, icrası zəruridir.

TASS-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərlə söhbət zamanı deyib.

“Biz tərəflərin gərginliyin azaldılmasına səbəb ola biləcək və üçtərəfli razılaşmaların icrası istiqamətində irəliləyişə imkan yaradacaq istənilən addımlarını müsbət qarşılamağa hazırıq”, – Peskov deyib.

Onun sözlərinə görə, Rusiya bütün müddəaların icrası istiqamətində irəliləyişi alternativsiz və hamı üçün zəruri hesab edir.