
Prezident Vladimir Putin Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin siyasi müdrikliyini və onun bilik səviyyəsini yüksək qiymətləndirib.
Bu fikirləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “NEWS.ru” nəşrinə bildirib.
“Prezident Putinin Heydər Əliyev ilə çox səmimi münasibətləri var idi. O, həqiqətən Heydər Əliyevə böyük hörmət bəsləyirdi. Onlar dəfələrlə ünsiyyətdə olublar. Hazırkı Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin möhkəm təməli də məhz həmin vaxt qoyulub. Prezident bu cür münasibətləri İlham Heydər oğlu ilə də davam etdirir. İndi mövcud olanların təməli artıq o vaxt qoyulurdu. Əlbəttə, ortaq tariximizdə, Sovet İttifaqı tarixində Heydər Əliyevin rolunu qiymətləndirmək olduqca çətindir. Bu rol həqiqətən böyükdür”, – deyə D.Peskov vurğulayıb.
