DİREKTORLARIN İŞƏ QƏBULU ÜZRƏ NƏTİCƏLƏR AÇIQLANIB

Direktorların işə qəbulu üzrə müsabiqənin iyulun 6-da keçirilən test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, imtahanların nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, imtahanda 1 524 nəfər iştirak edib. Test imtahanında sualların 50 faizini düzgün cavablandıran 716 namizəd esse mərhələsində iştirak hüququ qazanıb.