DİPLOMATİK XİDMƏTƏ QƏBUL ÜZRƏ MÜSABİQƏNİN KEÇİRİLMƏSİ QAYDALARI TƏSDİQ EDİLİB

Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydaları təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, “Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası” da təsdiq edilib.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.