DİN: POLİS ƏMƏKDAŞLARI HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR GÜCLƏNDİRİLMİŞ REJİMDƏ FASİLƏSİZ XİDMƏT APARIR

Polis əməkdaşları hava şəraiti ilə əlaqədar respublikamızın bir sıra bölgələrində gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 102-Zəng Mərkəzinə daxil olan 38 çağırış üzrə dağ və meşə yollarında vətəndaşlara kömək göstərilib, onların gedəcəkləri ünvanlara çatdırılması təmin edilib.