DİN BAKIDA RAZILAŞDIRILMAMIŞ AKSİYAYA CƏHDLƏ BAĞLI MƏLUMAT YAYIB

Daxili İşlər Nazirliyi (DİN) Bakıda razılaşdırılmamış aksiyaya cəhdlə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

“Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar”, – məlumatda qeyd edilir.