DİM RƏHBƏRİ: ÇALIŞACAĞIQ Kİ, DAHA KÜTLƏVİ İMTAHANLARI DA ELEKTRON FORMATA KEÇİRƏK

Dövlət İmtahan Mərkəzinin regional bölmələri var. Biz təkcə regional bölmələrlə deyil, müxtəlif ali məktəblərlə əlaqə yaratmağa çalışacağıq. Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək. Biz imtahanın təhlükəsizliyini buradan təmin edə biləcəyik”, – deyə DİM rəhbəri qeyd edib.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in yeni elektron imtahanlar korpusuna mediatur zamanı jurnalistlərə müsahibəsində bildirib.