DİM QARABAĞ BÖLGƏSİNDƏ LOKAL XARAKTERLİ ANTİTERROR TƏDBİRLƏRİNƏ AİD MATERİALLARI TƏQDİM EDİB

Dövlət İmtahan Mərkəzi (DİM) “2023-cü il 19-20 sentyabrda Azərbaycan Ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”nə aid materialları təqdim edib.

DİM-dən bildirilib ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə dair bilgilər almayıblar.

Mövzunun vacibliyini nəzərə alaraq, DİM bildirir ki, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən 2023-cü il 19-20 sentyabrda Azərbaycan Ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar müvafiq material əsasında tərtib ediləcək.

Materiallar, həmçinin 2024-cü ildə “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc edilib.