DİM KEMBRİC UNİVERSİTETİ QİYMƏTLƏNDİRMƏ QURUMUNUN RƏSMİ TEST MƏRKƏZİ OLARAQ İMTAHANLAR KEÇİRİB

Dövlət İmtahan Mərkəzi (DİM) Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olaraq “Azyaşlı öyrənənlər”, TKT, “A2 Key for School” və “B1 Preliminary for Schools” imtahanlarını keçirib. İmtahanlarda, ümumilikdə 151 nəfər iştirak edib.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, TKT və “Azyaşlı öyrənənlər” imtahanının nəticələri elektron qaydada 4 həftə sonra, “A2 Key for Schools”, “B1 Key for Schools” imtahanlarının nəticələri isə 2 həftə sonra açıqlanacaq.

Bütün imtahan iştirakçıları 6 həftə sonra imtahan nəticələrinə əsasən Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun beynəlxalq sertifikatları ilə təmin olunacaqlar.

Növbəti imtahanlarla bağlı məlumatı DİM-in saytından əldə etmək mümkündür.