Bu il məzunların sayı 12 min nəfər daha çoxdur. Builki imtahan strukturunda daha çox açıq suallar təqdim olunub. İmtahanların nəticələri 2019-cu ilin imtahan nəticələri ilə müqayisə olunmalıdır. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinif buraxılış imtahanları ilə bağlı canlı yayımda söyləyib.Xatırladaq ki, martın 5-6-da və 12-13-də XI siniflər üzrə buraxılış imtahanları keçirilib.