DİM: İLİN ƏVVƏLİNDƏN ELEKTRON XİDMƏTLƏRDƏN İSTİFADƏ SAYI 11 MİLYONU ÖTÜB

Bu ilin əvvəlindən Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən istifadənin sayı 11 milyonu ötüb.

Bunu DİM-in maliyyə müdiri Rahib Allahverdiyev Mühasiblərin və Auditorların VIII Avrasiya Forumunda deyib.

Onun sözlərinə görə, bu yaxınlarda DİM elektron imtahanlar korpusunu istifadəyə verib: “Burada bulud əsaslı texnologiyadan istifadə edilir, 45 növ elektron imtahan növü var. Gün ərzində ikinövbəli şəkildə 1,7 min elektron imtahan keçiriləcək”.