DİM HAKİM VƏZİFƏSİ ÜZRƏ QƏBUL İMTAHANI VERƏCƏK NAMİZƏDLƏRƏ MÜRACİƏT EDİB

Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər iyulun 7-dən 15-dək linkdən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Test imtahanı iyulun 16-da iki növbədə – saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Ə.Salamzadə küçəsi, 28 (8 Noyabr metro stansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.