DİM DÖVLƏT QULLUĞU ÜZRƏ İMTAHANA HAZIRLAŞAN NAMİZƏDLƏRƏ MÜRACİƏT EDİB

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı proqramına dəyişiklik (AB vəzifə qrupu üçün) edilib. Belə ki, 27 dekabr 2001-ci il tarixli, 245-IIQ nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədən düşməsi ilə əlaqədar həmin Qanuna aid mövzular proqramdan çıxarılaraq eyniadlı yeni Qanunda (14 iyul 2023-ci il, № 988-VIQ) öz əksini tapan müvafiq mövzularla əvəz edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Proqramla buradan tanış olmaq mümkündür.

Martın 17-də keçiriləcək imtahana bu mövzulara aid test tapşırıqları daxil edilməyəcək. Müvafiq dəyişiklik may ayından etibarən keçirilən imtahanlarda nəzərə alınacaq.