DİM BURAXILIŞ İMTAHANLARININ TARİXİ BARƏDƏ PAYLAŞILAN MƏLUMATLARLA BAĞLI AÇIQLAMA YAYIB

Hazırda sosial şəbəkələrdə buraxılış (qəbul) imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq və qurumun dim.gov.az saytında yerləşdiriləcək.
İmtahan tarixləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd olunan məsələlərlə bağlı yalnız Dövlət İmtahan Mərkəzinə məxsus informasiya resurslarını izləmək tövsiyə edilir.