DİM BUGÜNKÜ İMTAHANDA İSTİFADƏ OLUNAN TEST TAPŞIRIQLARININ DÜZGÜN CAVABLARINI TƏQDİM EDİB

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün III ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları DİM-in saytında yerləşdirilib.