DİM: BU İL BAKALAVRLARIN YARISININ İMTAHANLARDA TOPLADIĞI BAL 53-DƏN YÜKSƏK OLUB

Bu il magistraturaya qəbul imtahanında bakalavrların yarısının imtahanlarda topladığı bal 53-dən yüksək (median 53.98) olub.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ötən il isə bu göstərici 51 baldan aşağı (median 50.75) olub. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələri yaxşılaşıb. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil edib.