DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN “ÇAĞRI MƏRKƏZİ” İSTİFADƏYƏ VERİLİB

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib.

Dövlət komitəsinin mətbuat xidmətindən bildiriblər ki, vətəndaşlar 140 qısa nömrəsinə zəng vurmaqla müraciət edə bilərlər. “Çağrı mərkəzi” tələblərə uyğun olaraq üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərir, bütün mobil operatorlardan birbaşa zəng və Azərbaycan Diasporuna Dəstək Fonduna yönləndirmə təmin olunub.

Qeyd edək ki, “Çağrı mərkəzi” qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.