DEKABRIN 3-DƏ BAKIDA 22 DƏRƏCƏ İSTİ OLACAQ

Azərbaycanda dekabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9°, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.