DAXİLİ QOŞUNLARIN HƏRBÇİSİ TƏLİMDƏ SİLAHLA EHTİYATSIZ DAVRANMASI NƏTİCƏSİNDƏ HƏLAK OLUB

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

Bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, o, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.