DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏN SOSİAL ŞƏBƏKƏLƏRDƏ ZƏLZƏLƏ İLƏ BAĞLI YAYILAN YALAN MƏLUMATLAR BARƏDƏ AÇIQLAMA

Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, tələfatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

“DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir”, – nazirlikdən qeyd edilib.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olub.

Yeraltı təkanlar Bakı və digər şəhərlərdə hiss olunub.