Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsi və onunla müvafiq müqavilənin imzalanmasının təmin edilməsi Daxili İşlər Nazirliyinə həvalə edilib.
Bundan əvvəl bu səlahiyyət İqtisadiyyat Nazirliyinə aid idi.