DAŞQIN RƏHİMOVA III DƏRƏCƏLİ DÖVLƏT ƏDLİYYƏ MÜŞAVİRİ ALİ XÜSUSİ RÜTBƏSİ VERİLDİ – SƏRƏNCAM

Prezident İlham Əliyev D.H.Rəhimova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Hidayət oğlu Rəhimova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.