DAHA BİR QAZİMİZ YÜKSƏK TEXNOLOGİYALI PROTEZLƏ TƏMİN EDİLİR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zəfərimizin qəhrəmanlarından biri olan, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Abbas Mədəd oğlu Yusifovun da yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.

Bu barədə nazirlikdən bildiriblər. Prezident İlham Əliyevin Sərəncamı ilə Yusifov Abbas Mədəd oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb. Ona protezləşməyə hazırlanması üçün lazımi təlimatlar verilib.

7-10 gün ərzində protezləşməyə tam hazır olandan sonra Abbasdan ölçülər götürülərək yüksək texnologiyalı protezlə təmin ediləcək.