DAHA BİR KÜÇƏDƏ SÜRƏT HƏDDİ ENDİRİLİB

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində daha bir küçədə sürət həddi endirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu gündən paytaxtın Fətəli xan Xoyski küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.