DAĞISTANDA 3 GÜNLÜK MATƏM ELAN EDİLİB

Dağıstanda 15-dən çox polis əməkdaşı terror aktlarının qurbanı olub, bir neçə mülki şəxs də həlak olub.

Bu barədə Dağıstan Respublikasının başçısı Sergey Melikov bildirib.

“Dağıstanın sülh və əmin-amanlığını müdafiə edən 15-dən çox polis əməkdaşı terror aktının qurbanı oldu”, – deyə region rəhbəri teleqram kanalında yayımladığı videoda qeyd edib.

O əlavə edib ki, bir neçə mülki şəxs həlak olub. Respublikada iyunun 24, 25 və 26-sı matəm günləri elan edilib.