
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında Qərar verib.
Sənədə əsasən, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 535,33 hektarlıq sahədə təsdiq edilsin.