
15 İyun- Milli Qurtuluş Günü və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dənizkənarı Bulvar İdarəsi aksiya keçirir.
Bulvar İdarəsindən bildirilib ki, aksiya iyunun 15-də saat 11.00-da başlayacaq.
Tədbir çərçivəsində Milli Park ərazisində quraşdırılan monitorlarda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar, vətənpərvərlik mövzusunda çəkilmiş filmlər nümayiş olunacaq, Heydər Əliyevə həsr edilən mahnılar səslənəcək, Milli Parka gələn ziyarətçilərə bayraqlar paylanılacaq.
