
“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı 551-ə çatıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Son məlumatlara görə, terror aktı nəticəsinidə 144 nəfər həlak olub.
Tibbi xidmət orqanlarından TASS agentliyinə bildirilib ki, xəsarət alanların əksəriyyəti ambulator müalicəyə göndərilib. Rusiya FHN-in məlumatına görə, xəsarət alanların arasında 15 uşaq var.
Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.
“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib
Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.