Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativ “üçüncü dünya müharibəsi” olardı.
Bunu bloqer Brayan Koenə müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib.
“Baxın, iki variant var idi: üçüncü dünya müharibəsinə, Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant: beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən bir ölkənin etdiklərinin əvəzini ödəməsi”, – deyə C.Bayden bildirib.
Eyni zamanda, onun sözlərinə görə, o, sanksiyaların Vaşinqtonun istədiyi nəticəni dərhal verəcəyini gözləmir: “Birbaşa nəticə verəcək bir sanksiyalar yoxdur”.