COP29 PLATFORMASINDA MƏTBUAT KONFRANSLARI KEÇİRİLİB

Çərşənbə günü səhər COP29 plaformasında “Natəvan” konfrans zalında bir-birinin ardınca bir neçə mətbuat konfransı keçirilib.

Mətbuat konfranslarının təşkili və onların nümayəndələrinin qısa açılış nitqlərinin mövzuları və dinləyicilərin suallarına cavabları müvafiq olaraq “Germanwatch” (“İqlim Davranışında Dəyişikliklər”), DSJ – Qlobal İqlim Konfransı Tələbi Kompaniyası (təşkilatın fəaliyyətinin təqdimatı), “ProVeg e.V” (“Yolun asfaltlanması və ya daha çox qidalanma illüziyaları”) və “CAN International” (videotəqdimat və sual-cavab) tərəfindən həyata keçirilib.

Mətbuat konfranslarında iştirakçılar öz çıxışlarında və təqdimatlarında fəaliyyətlərinin əsas istiqamətlərinə toxunub, planlarından danışıblar.

Xüsusilə, “Germanwatch”ın nümayəndələri yaşıl keçidin yavaş tempindən narahat olduqlarını və COP29-dan sonra irəliləyiş olacağına ümid etdiklərini bildiriblər. DCJ nümayəndələri maliyyə töhfəsi kvotalarının müəyyən edilməsində və Qlobal Şimal və Cənub arasındakı fərqlərin nəzərə alınmasında ədalətli yanaşmaya ehtiyac olduğunu vurğulayıblar.