COP29 İLƏ ƏLAQƏDAR NOYABRIN 12-DƏN 22-DƏK ORTA MƏKTƏBLƏRDƏ PAYIZ TƏTİLİ OLACAQ, ALİ MƏKTƏBLƏR DİSTANT TƏHSİLƏ KEÇƏCƏK – QƏRAR

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan

Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarını imzalayıb.

Qərara əsasən:

– ümumi təhsil pilləsi üzrə – 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;

-peşə, orta ixtisas və ali təhsil pillələri üzrə – Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil olacaq.