Noyabrın 13-də COP29 çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq mövzusunda liderlərin toplantısı keçiriləcək.
İclas Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə DİF-in rəhbər şəxsləri, hökumət və özəl sektor nümayəndələrinin iştirakı gözlənilir.
Görüşdə enerji keçidi, təbii resursların idarə edilməsi və iqlim tədbirlərinin gücləndirilməsi sahələrində strateji əməkdaşlıq məsələləri müzakirə olunacaq.