ÇİNGİZ ƏSGƏROV: EDİLLİDƏKİ KÜTLƏVİ MƏZARLIQLA BAĞLI AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİNƏ MƏLUMAT VERİLİB

Xocavənd rayonunun Edilli kəndində insan sümüklərinin aşkarlanması və bunun Ermənistan tərəfindən azərbaycanlılara qarşı kütləvi qətliam olması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə məlumat verilib.

Bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminarda deyib.

O bildirib ki, bununla bağlı digər lazımi təşkilatlar da məlumatlandırılıb, lakin hələlik hansısa nəticə yoxdur.