
Bazar ertəsi Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 135 nəfərə çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, şimal-qərbdəki Qansu əyalətində 113 nəfər, qonşu Qinghai əyalətində 22 nəfər həlak olub. Daha 12 nəfərin itkin düşdüyü bildirilir.
