ÇİNDƏ KÖMÜR ŞAXTASINDA BAŞ VERƏN QƏZADA 12 NƏFƏR ÖLÜB

Çinin şimal-şərqindəki Heyloncian vilayətində kömür şaxtasında baş verən qəza nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Vilayət rəsmilərinin açıqlamasında bildirilib ki, qəza Cisi şəhərinin Henşan rayonu ərazisində yerləşən şaxtada yerli vaxtla saat 15:50-də baş verib. Mədəndə yük daşıyan nəqliyyat vasitəsi maili hissədə qəzaya uğrayıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.