ÇİNDƏ HELİKOPTER QƏZASINDA 3 NƏFƏR İTKİN DÜŞÜB

Çinin şərqindəki Ciansi əyalətində helikopter qəzası nəticəsində 3 nəfər itkin düşüb.

Yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilib ki, hadisə günortadan sonra Şanrao şəhərinin Huanqan qəsəbəsində qeydə alınıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, hadisə zamanı helikopetrdə 3 nəfər olub. Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.