Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.
Səfər çərçivəsində Pekin şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyanq parkında ucaldılmış abidəsinin önünə əklil qoyub.